<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>457</hymn_number>
<lyrics>[V1]
 İllərlə mən gəzdim, hey axtardım,
 Axtardım, axırda Səni tapdım.
 Tapdığım sevginmiş, bu Sənin lütfünmüş,
 Başqa həqiqət yox, bir həqiqət varmış: O Sənsən.

[C1]
   Sən sevgi, məhəbbətsən,Sən qüdrət, əzəmətsən,
   Sevib, seçən Sənsən, həyat qapısı Sənsən -
   O Sənsən, o Sənsən.

[V2]
 Sənsizlik, Sənsizlik nə pis imiş,
 Sənsizlik, Sənsizlik nə yamanmış.
 Qəlbimin sevinci, ümidim, pənahım Sən,
 Başqa həqiqət yox, bir həqiqət varmış: O Sənsən.

[C2]
   Sevincim, işığımsan,həyatda dayağımsan,
   Günəşim, havam Sənsən,Xilaskarım, İsamsan,
   İsamsan, İsamsan.</lyrics>
<title>İllərlə mən gəzdim, hey axtardım İL457</title>
</song>